image-abs-metbuatbackend

“Biz Azərbaycan və Ermənistanı hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”-Vedant Patel

image-reklam_sirab_01

ABŞ Azərbaycan və Ermənistanı hərtərəfli sülh sazişi naminə diplomatik əməkdaşlığı aktivləşdirməyə çağırır.

Vətəninfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Dövlət Departamentinin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 31-də Brüsseldə keçiriləcək görüşündən nə gözlədiyi sualına dönən Patel konkret olaraq deyib: “Mən yalnız əvvəl dediklərimizi təkrarlaya bilərəm. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Biz Azərbaycan və Ermənistanı diplomatik əlaqələri fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”.

Avqustun 31-də Azərbaycan və Ermənistan  liderləri Brüsseldə görüşəcək. İndiyədək Paşinyan və Əliyev Brüsseldə artıq üç görüş keçirib: 14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il və mayın 23-də.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki