image-indirbackend

“Biz iki dövlət, bir millətik!”

image-reklam_sirab_01

2020-ci il, tarixə qızıl hərflərlə tarixi zəfərimizi yazdı. 27 sentyabrdan başlayaraq 44 gün davam edən müharibədə Azərbaycan şanlı qələbəsini qazandı. Bu çətin günlərdə biz azərbaycanlıların yanında qardaş Türkiyəmiz vardı. Mənəvi dəstələri ilə bizə kömək olan Türkiyə, digər məkirli niyyətli dövlətlərdən fərqli olaraq daima yanimizda idi.
Biz 44 günlük müharibədə təkcə Azərbaycanın hərbi gücünü deyil, eyni zamanda türkün gücünü, türkün birliyini dünyaya göstərdik. Bundan bir çoxları narahat oldu. Çünki bilirdilər ki, türklər birləşdisə, daş-daş üstündə qalmayacaq.
Biz əbədi və əzəli, güclü, cəsarətli, köklü bir xalqıq. Bizim tariximiz qədimlərə söykənir.
E.ə 3-cü əsrdə imperiya quran, çinlilərə məhşur Çin səddini tikməyə məcbur edən Hunlara; Tanrının qırmancı adlandırılan, Avropanı dizə gətirən Attilaya gedib çıxır.
Biz bozqurduq. Daim duruşumuzla, gücümüzlə, qədimdən bu günə qədər dünyanın bütün nöqtələrində iz qoyaraq düşmənlərimizi qorxutmuşuq və qorxudacayıq da.
Dilək yolunda ölmək türklərə olmaz tasa,
Türkə boyun əydirər yalnız türəylə, yasa;
Yeddi ordu birləşib qarşımızda parlasa,
Onu qanla söndürər, parçalayar, yenərik.
Haqq yolunun yolçusudur türklər. Ədət meydanının davamçısıdır türklər. Biz daim bizim olanı istəmişik və almışıq. Biz heç vaxt və heç vaxt soyqırım yaşatmamışıq. Amma, əfsuslar olsun ki, çirkin niyyətli düşmənlərimiz hərb meydanından qorxaraq, qadınlarımızı,qızlarımızı, uşaqlarımızı hədəf alaraq bizlərə 1 dəfə yox, dəfələrlə soyqırım yaşadıblar. Buna Xocalı faciəsi, 20 Yanvar, 31 Mart soyqırımı, Türkiyənin yaşadığı 15 İyul hadisələri misal ola bilər.
Lakin bu gün ABŞ qardaş Türkiyəni ermənilərə qarşı “soyqırım” törətməsi ilə günahlandırır. Bu işlərdə o qədər peşəkardılar ki, sadəcə böhtan atmaqla, yalan məlumat yaymaqla hər şeyi əldə edəcəklərini hesab edirlər. Ancaq yanılırlar. Biz daima qardaş Türkiyənin yanındayıq və olacayıq. “Biz iki dövlət, bir millətik!”
30 il boyunca sadəcə səhv məlumatlar yayan ermənilər, hərb meydanında uduzdular. Necə deyərlər: Aslanlar meydana çıxanda, çaqqalların payına qaçmaq düşər”
Daima zirvələrdə dalğalanan türk bayraqları həm duruşu, həm də dalğalandığı yerdə haqqı, ədaləti bərqərar etməsi ilə digər bayraqlardan seçilir. Rəngi, duruşu, üzərindəki simvolları ilə istiqlaliyyətimizi, milli mənsubiyyətimizi, tariximizi ifadə edir.
Cümlələrimi Mehmet Akif Ərsoyun qızıl kəlmələri ilə bitirmək istəyirəm.
Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq,
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq.
O mənimdir, o mənim millətimindir ancaq!
Çatma qurbanın olum çöhrəni, ey nazlı hilal;
Qəhrəman xalqıma bir gül.. nə bu şiddət, bu cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal
Haqqıdır haqqa tapan millətimin istiqlal.
Mən əbədi hür yaşadım, hür yaşaram,
Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram.
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.

Nəsimi rayon gənci: Amanova Dürdanə Əziz qızı.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki