image-photo-2021-10-22-15-19-00backend

Biz Vətən torpaqlarını işğalçılardan azad etdik.

image-reklam_sirab_01

Füzuli Rayonunun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edilir. Rayonda 2 şəhər (Füzuli, Horadiz), 11 qəsəbə, 82 kənd var. Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınmışdır. Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 1994-cü ildə aparılan uğurlu hərbi əməliyyatların sayəsində rayonun 82 yaşayış məntəqəsindən 23-ü azad edilmişdir.Ermənilər zəbt etdiyi torpaqlarımızda ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın etmişlər. Qeyd edim ki, I Qarabağ savaşında Füzuli rayonundan 1100-dən çox şəhid, 1550 nəfər əlil, 181 nəfər itkin düşmüşdür. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmişdir. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də sosial şəbələrdə və televiziyada xalqa müraciətində çatdırıb. Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradılıb və Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Azad edilən ərazilərdə kifayət qədər çox sayda texnika və sursat qoyub geri çəkilən düşmən bütün istiqamətlər üzrə, xüsusilə də Füzuli rayonu ərazisində canlı qüvvə baxımından da ciddi itkilərə məruz qalmışdı. Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən hərbi hissələrinin maddi texniki təminatı Füzuli rayonundan həyata keçirilmişdi. Azərbaycan Ordusu dağ şəraitində aparılan əks hücum əməliyyatlarının xüsusiyyətlərini nəzərə alaraq, əsasən yaşayış məntəqələrinin deyil, hakim və ya strateji yüksəkliklərin əldə edilməsinə bundan əvvəl isə həmin ərazilərdə yerləşən düşmən qüvvələrinin müqavimətini artilleriya və raket zərbələri ilə zəiflətməyə üstünlük verdiyi diqqəti cəlb etmişdir.. Bu isə düşmən tərəfin daha yüksək mövqelərdə yerləşməsinə baxmayaraq daha çox itkilərə məruz qalmasına səbəb olurdu. Füzuli istiqamətində azad edilən ərazilər isə artıq Azərbaycan Ordusuna Cəbrayıl-Füzuli magistral yonuna nəzarət etməyə imkan yaratmışdı. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı.İkinci Qarabağ müharibəsi  xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad etdik. Biz döyüş meydanında tarixi ədaləti bərpa etdik.Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub.. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan üçün ağır sınaq idi. Bu ağır sınaq günlərində dost-düşmən çox aydın göründü. Dünya tarixinin və siyasətinin dahi bilicisiəhəng dövlətin rəhbərlərindən biri zirvəsinə ucalmış Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı cəbhədə, döyüş meydanlarında sınaqdan çıxdı. Azərbaycan və Türkiyə daim birlikdə olmalıdır!. Azərbaycan və Türkiyə elə hərbi-strateji məkanda, elə əhatədədir ki, bizim iki dövlətimizin sülh şəraitində yaşaması üçün ən müasir, ən güclü ordusu olmalıdır. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Biz ona görə qalib gəldik ki, 44 günlük müharibədən əvvəl Prezident İlham Əliyevin başçılığı ilə informasiya müharibəsində, o cümlədən elmi-informasiya müharibəsində düşmənə qələbə çalmışdıq. İnformasiya müharibəsi bundan sonra da davam edəcək, fikrimcə bəzi hallarda daha da kəskinləşəcək. Bunu unutmamalıyıq! Ordular müdrik, qətiyyətli və qorxmaz sərkərdələri olduqda qalib gəlir. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Bu, inkarolunmaz həqiqətdir!

Vətən müharibəsində xalq qalib gəlir. Xalq bu müharibədə öz başçısına – Prezidentinə, Ordusunun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu. Və müharibədən qalib xalq kimi çıxdı. Bu Azərbaycanımızın gələcək tarixinə olduqca müsbət təsir göstərəcəkdir.

Bir vətəndaş olaraq, tariximizin tədqiqatçılarından biri kimi bu gün mən özümü çox xoşbəxt hesab edirəm. Çox ağır bir problemi biz gələcək nəsillərə “yadigar” qoymadıq. Dünyanın böyük imperiyalar yaradan, yadelliləri dəfələrlə ağır məğlubiyyətlərə uğradan xalqı kimi biz şərəfli tarixi adımızı – qalib xalq adımızı özümüzə qaytardıq!

İşğal dövründə Füzuli rayonunun azad olan ərazilərində 12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət edirdi. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edildi. 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görüldü. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Füzuliyə həyat qayıdır. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub.Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir.. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri dünyanın bir çox ölkələri tərəfindən heyrətlə qarşılanır.

 

Azərbaycan Dillər Universiteti

Humay Muradova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki