image-38backend

Bizim igidlər mümkünsüzü mümkün etdilər, inadla, inamla, ümidlə…

image-reklam_sirab_01

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ali Baş Komandan, Prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub.

Hadisələrin sonrakı inkişafının sübut etdi ki, 1993-cü ilin 15 iyununda Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Və bu uğurlu siyasətin layiqli davamçısı son 18 ildə Prezident İlham Əliyevin diplomatik və “Dəmir siyasəti” nəticəsində 44 gündə mümkünsüzü mümkün edən Güclü Azərbaycan Ordusu 30 illlik torpaq həsrətinə son qoyaraq qələbə Zəfərinə nail oldu. Bu Zəfər qələbəsi Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi.

Artıq bizə məlumdur ki, uzun illərdən bəri Azərbaycan-ermənistan münaqişəsi daim diqqət mərkəzində olmuşdur. Həmçinin bu münaqişənin həllinə dair dünya dövlətləri tərəfindən müdaxilə də edilmişdir və nəhayət bu problem öz həllini tapdı : “ Qələbə zəfəri çaılındı”.

Bəli şükürlər olsun ki, artıq  1 ildir ki Qələbə bizimdir. Artıq kaşkilərin yerini , şükürlərimiz əvəz edib. Uzun illərin həsrətinə son qoyuldu.

Uşaqkən hər yerdə gördüyümüz , eşitdiyimiz, öyrəndiyimiz yurdumuz.., həsrətiylə yanıb – tutşduğumuz yuvamız, ümidlə qovuşmağı gözlədiyimiz obamız.. Qarabağ .!  Sən bizimsən, Sən Azərbaycansan..

Necədə  qürur vericidir bu kəlimələri səsləndirmək.

Necədə fəxirlidir bu yurdun, bu elin qızı olmaq… suyundan içmək, torpağında gəzmək.., damarımda axan qanda bu yurdun bir zərrəsin belə olsa daşımaq..

Elə bir xalqın əhatəsində böyümüşəm ki, Vətən üçün canını verən, gözünü belə qırpmadan döyüşə gedən, xalqı , milləti üçün çalışan…

Hər bir bölgəsi ayrı gözəl, hər bir şəhəri göz oxşayan bir ölkə..  Bu ölkənin hər bir şəhəri bir- birindən əsrarəngizdir.. Iakin bir göz bəbəyi var ki , dillərə dastan, hər kəsin maraq dairəsi olan ..

 Qarabağ!!!

Bizim igidlər mümkünsüzü mümkün etdilər, inadla, inamla, ümidlə…

Başda Ali baş komandanın güclü siyasəti, səbri , təmkinliyi sayəsində ., sonra isə igidlərimizin şücaəti sayəsində..

Ali baş komandan o qədər hegomon dövlətlərin etirazına, biganə yanaşmasına rəğmən bilidiyi haqq yolundan geri dönmədi. Hər kəsə, hər şeyə rəğmən xalqının , əsgərinin yanında oldu , sözünü tutdu.

İgidlərimiz soyuq – isti demədən, ac – susuzluğu düşünmədən daim irəllədilər. O qayaları, dağları keçmək, qurulan hilə yollarda addımlamaq, çətinlik demədən ümidlərini üzmədilər.

İllərdir işğal altında olanda onların orda yaratdığı, qurduğu yer altı , yer üstü  gizli yerlər, minalanmış əraziləri keçmək, onları məhv etmək…

Dinc əhaliyə zərər vermədən , mərdlik gösdərərək bu mübarizəni qazanmaq hər kəsin işi deyil. Bunu bizim igidlər bacardı.

Bəli bir daha deyirəm mümkünsüzü mümkün edən igidlər bizim igidlərdir..

Haqqları ödənməzdir… haqqınızı halal edin..

 

Azərbaycan Dillər Universiteti

Orucova Fatimə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki