image-5ba2yraqbackend

Bizim safımız da, bayrağımız da bəllidir!-Elxan Şükürlü YAZIR

image-reklam_sirab_01
Bir dövlətin rəmzi onun bayrağıdır. Bayrağın rəngi və üzərindəki işarələrin hər biri isə xüsusi məna daşımaqla, o dövlətin, xalqın, millətin varlığını, düşüncə sistemini və ənənələrini əks etdirir. Bu səbəbdən, hər bir dövlət, millət üçün bayraq müqəddəs sayılır, onun qorunması namus işi bilinir. Bayrağa hörmətsizlik isə dövlətə, millətə, xalqa hörmətsizlik kimi qəbul edilir…
Azərbaycan bayrağındakı 3 rəngin mənasını, yəqin ki, bilməyən yoxdur: mavi – türk kökümüzə; qırmızı – tərəqqi arzumuza; yaşıl – İslam dininə mənsubluğumuza işarədir.
Bu, əslində, həm də dövlətimizin daşıdığı təməl ideologiyanın yığcam ifadəsidir.
Ancaq nə məsələdirsə, dünyanın ən son və ən tolerant dini İslama mənsubluğumuz, sanki, kimlərinsə bəbəyinə sancılan türk oxu olub. Dinimizə sayğıdan, onun dəyərlərinə hörmət etməyin vacibliyindən danışan kimi, demokrat və vətənpərvərlik libasına bürünmüş bir dəstə adam elə hayqırtı, bağırtı və həyəcanla üstünə gəlir ki, sanki, Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) Bədrdə, Həzrəti Əli Xeybərdə, Həzrəti Hüseyn Kərbəlada bunların babalarıyla savaşıb!
Bəlkə də, belədir – bu düşmənçilik və nifrət gendən, kökdən gələndir ki, zəmanəmizədək sıçrayıb!
İslam bizim qan töküb başımız üstünə qaldırdığımız üçrəngli, ay-ulduzlu bayrağımızdadır, ay yalançı “vətənpərvərlər”, “demokratlar”!
Ya bayrağınızı sevin, ona hörmət edin, ya da bayağınızı dəyişin – xidmətində durduğunuz bayraqları başınız üstünə qaldırın ki, kimin safında olduğunuzu bilək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki