image-35backend

BMT Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı strategiyasını dəstəkləyib

image-reklam_sirab_01

“Pandemiya zamanı əziyyət çəkən təbəqələrdən biri də məhz əlilliyi olan şəxslər olub. Çünki onlar bu dövrü çox həssas keçirirlər”.

Vətəninfo.az  xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onlar pandemiya zamanı daim istismar olunub: “Dünya əhalisinin təxminən 15 %-i əlilliyi olan şəxslərdir. Onların reabilitasiya xidmətlərinin təmin olunması vacib amillərdəndir. Əlilliyi olan şəxslərin işlə təminatı nə qədər yüksək olsa, onların cəmiyyətə və ailələrinə töhfələri böyük ola bilər. Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi strategiyanı daim dəstəkləyirik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki