BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə 2014-2015, 2015-2016-cı illərdə naziri vəzifəsində çalışmış Volkan Bozkır Azərbaycan xalqına başsağlığı verib.
Volkan Bozkır bu barədə tviter hesabında yazıb.
“Ermənistan sərhədində baş verən toqquşmalar nəticəsində şəhid olan qəhrəman Azərbaycan əsgərlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm.
Qardaş Azərbaycan xalqının başı sağ olsun”, – BMT Baş Assambleyasının 75-ci Prezidenti sosial şəbəkə hesabında yazıb.