image-7efdfe7f-0d47-3560-8a7d-d32aa17273d3_850-jfifbackend

BMT Baş Assambleyasının sədri təşkilatın Azərbaycandakı nümayəndəsinə təşəkkür edib

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid beynəlxalq təşkilatın Azərbaycandakı daimi koordinatoru xanım Vladanka Andreevaya təşəkkür edib.

Abdulla Şahid tviter hesabında yazıb.

“BMT-nin ölkə üzrə komandasına başda rezident-əlaqələndirici Vladanka Andreeva olmaqla Azərbaycana səfərimin əla koordinasiyasına görə təşəkkürlər”, – Baş Assambleyanın 76-cı sessiyasının sədri tviter hesabında yazıb.

O, qeyd edib ki, Vladanka Andreeva ilə görüşdə COVID-19-un yayılmasından sonrakı bərpa, qaçqınların hüquqları, qadınların hüquqlarının və imkanlarının artırılması, habelə BMT-nin inkişaf proqramı çərçivəsində davam edən irəliləyiş müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki