image-b9f9dbf7-fb3e-3bbb-83f1-56044a980f76_850backend

BMT Baş katibi 2023-cü ildə ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib

image-reklam_sirab_01

Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək.

Bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 77-ci sessiyasının başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik”, – Quterreş vurğulayıb.

Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki