image-4ec0c38f-c3d0-3a19-9436-5e3d382de280_850backend

BMT Baş katibi Argentinanın Vitse-prezidentinə qarşı sui-qəsdi pisləyib

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Argentinanın Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə qarşı sui-qəsdi pisləyib.

Bu barədə təşkilatın sözçüsü Eri Kaneko bildirib.

“Baş katib bu xəbərdən şoka düşüb. O, bu zorakılığı pisləyir və vitse-prezident, hökumət və Argentina xalqı ilə həmrəy olduğunu bildirir”, – Kaneko bildirib.

Qeyd edək ki, Argentinanın Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə qarşı sui-qəsd cəhdi olub. Belə ki, cinayətkar silahın tətiyini çəksə də, atəş açılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki