image-81bea3ea-c1dd-32e8-931d-e423e654127e_850-jfifbackend

BMT baş katibi həmrəylik əlaməti olaraq Pakistana səfər edib

image-reklam_sirab_01

BMT baş katibi Antoniu Quttereş Pakistana səfər edib.

baş katib bu barədə tviter hesabında yazıb.

“Mən dağıdıcı daşqınlardan sonra Pakistan xalqı ilə dərin həmrəyliyimi ifadə etmək üçün Pakistana gəlmişəm.

Pakistan bu iqlim fəlakətinə cavab verərkən beynəlxalq ictimaiyyətə kütləvi dəstəklə bağlı müraciət edirəm”, – Quttereş tviter hesabında yazıb.

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1 200 nəfəri ötüb. Sel və daşqınlardan 33 milyondan çox insan zərər çəkib. Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların təxminən yarısı su altında qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki