image-62fef1ccbbead62fef1ccbbeae166087521262fef1ccbbeab62fef1ccbbeac-1backend

BMT Əfqanıstanda 250-dən insanın ölümünə səbəb olan partlayışlardan narahatdır

image-reklam_sirab_01

BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda insan təlafatı ilə nəticələnən silsilə partlayışlardan narahatlığını bildirib.

Bu barədə təşkilatın baş katibinin mətbuat katibinin müavini Fərhan Haqın yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, təkcə bu ay 250-dən çox insan bu partlayışların qurbanı olub.

“BMT-nin Baş katibi bu ay Əfqanıstanda 250-dən çox insanın, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışlardan dərin narahatlığını ifadə edir”,- deyə bəyanatda vurğulanıb.

Bəyanatda qeyd olunur ki, BMT baş katibi avqustun 17-də Kabildə məscidə edilən son hücumu qətiyyətlə pisləyir. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, çərşənbə günü Kabilin şimal-şərqində məsciddə baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki