image-b7882d09-f1fb-345c-8030-8d7154ab2823_850backend

BMT Somali yarımadasında 22 milyon sakin üçün aclıq təhlükəsi elan edib

image-reklam_sirab_01

Efiopiya, Keniya və Somalidə təxminən 22 milyon insan, əsasən, uzun illər davam edən quraqlıq səbəbindən aclıqla üz-üzədir.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

Məlumata görə, bu ölkələrdə mal-qara tələf olur, əhali kəskin su qıtlığı yaşayır. Quraqlıq səbəbindən 1,1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bununla belə, bölgədə quraqlığın yaxın aylarda da davam edəcəyi gözlənilir.

“Əhaliyə humanitar yardım göstərilməsə, bu rəqəm artacaq və aclıq problemi daha da şiddətlənəcək”, – məlumatda deyilir.

Təşkilat, həmçinin əmin edib ki, regionda quraqlıq hələ bitmədiyinə görə növbəti altı ayda yerli əhalinin artan tələbatını ödəmək üçün təxminən 418 milyon dollar əlavə vəsait lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki