image-237baa35-6f87-3673-9c86-89c040d5a3e3_850backend

BMT Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyəti müzakirə edəcək

image-reklam_sirab_01

BMT Təhlükəsizlik Şurası bu gün Qəzzadakı vəziyyətlə bağlı iclas keçirəcək.

“BMT Təhlükəsizlik Şurası bazar ertəsi Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün toplanacaq”, – təşkilatdakı mənbə bildirib. O qeyd edib ki, BƏƏ, Çin, Fransa, İrlandiya və Norveçin Şuranın iclasını çağırmaq üçün müraciət edib.

Qeyd edək ki, daha əvvəl Fransa, Çin Qəzzadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsini istəyib.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti avqustun 5-də cümə günü “Sübh” əməliyyatına başladığını və Qəzzada “İslami Cihad” radikal qruplaşmasının hədəflərinə hücum etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki