image-c675ed44-a67d-3b0f-a937-03676b009de9_850backend

BMT TŞ Kiprdəki sülhməramlıların mandatını uzadıb

image-reklam_sirab_01

BMT-nin Kiprdəki sülhməramlı missiyasının mandatı gələn ilin yanvarına qədər davam edəcək.

Veteninfo xəbər verir ki, Təhlükəsizlik Şurası üzvləri mandatın iyulun 31-dən gələn il yanvarın 3-dək uzadılmasına qərar verib.

Şuranın hazırkı sədri, Braziliyanın BMT-dəki səfiri Ronaldo Kosta Filyo Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsinin bütün üzvlərin təsdiqindən sonra yekdilliklə qəbul edildiyini bildirib.

Qeyd edək kli, BMT-nin Kiprdəki sülhməramlı qüvvələri 1964-cü ildə Təhlükəsizlik Şurasının qərarı ilə 796 hərbçi və 65 polis əməkdaşından ibarət qüvvə ilə yaradılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki