image-1d8e6e7e-6bb6-3b1a-bfa4-5cdc33d4c3bb_850backend

BMT TŞ Ukraynanın ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçirəcək

image-reklam_sirab_01

“BMT Təhlükəsizlik Şurasında Ukraynada ərzaq təhlükəsizliyi üzrə iclası iyulda keçiriləcək, dəqiq tarix Avropadakı danışıqların nəticəsindən asılı olaraq müəyyənləşəcək”.

Bunu keçirdiyi mətbuat konfransında Braziliyanın BMT-dəki daimi nümayəndəsi Ronaldo Kosta Filyo deyib.

“Biz Ukrayna ilə bağlı iclas keçirməyi planlaşdırırıq, diqqət mərkəzində ərzaq təhlükəsizliyi məsələsi olacaq. Bilirsiniz ki, bu məsələ ilə bağlı danışıqlar gedir. Təhlükəsizlik Şurasının iclasının dəqiq tarixi Avropada aparılan danışıqların inkişafından asılı olacaq”- deyə, o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki