image-c09ff763-8f8d-316f-85d7-cf69fe7408e1_850-2backend

BMT Ukraynadan Afrikaya daha çox taxıl göndərməyi planlaşdırır

image-reklam_sirab_01

BMT Afrikaya daha çox taxıl ilə yüklənmiş gəmi göndərilməsini təşkil etmək niyyətindədir.

Bu barədə brifinqdə TASS-ın sualını cavablandıran BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Ukrayna limanlarından Afrikaya indiyədək yalnız bir gəminin getməsi faktını şərh edərkən bildirib.

Onun sözlərinə görə, gəmilərin Ukrayna limanlarına və oradan ərzaq yükləri ilə hərəkəti ərzaq böhranının yumşaldılmasına öz töhfəsini verir:

“Biz Afrikaya daha çox ərzaq göndərmək üçün səy göstəririk. Bildiyiniz kimi, BMT-nin Ümumdünya Ərzaq Proqramının icarəyə götürdüyü “Brave Commander” gəmisi artıq oraya gedib. Gəmi hərəkətinin özü qiymətlərə olan təzyiqi azaldır. Gəmilər Afrikaya getməsələr belə, onların hərəkəti qlobal ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edir və bütün dünyaya kömək edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki