image-8981fbd1-bec7-3a56-8f61-e85c6e0fe253_850backend

Bolqarıstan Prezidenti maliyyə nazirinə yeni hökuməti formalaşdırmağı tapşırıb

image-reklam_sirab_01

Bolqarıstan Prezidenti Rumen Radev parlamentin baş nazir Kiril Petkova etimadsızlıq səsverməsindən sonra maliyyə naziri Asen Vasilevə yeni hökuməti qurmaq mandatı verib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Vasilevin ölkə üçün yeni hökuməti formalaşdırmağa çalışması üçün bir həftə vaxtı var. O, namizədlər siyahısını prezidentin təsdiqinə təqdim etməli, sonra parlament bu namizədlərə səs verməlidir.

Radev mandatı təhvil verməzdən əvvəl Vasilevə Bolqarıstanın siyasi, iqtisadi və sosial böhran yaşadığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki