image-9eb729e6-d7bd-3426-9df7-d4bb47e836bb_850backend

Borrel Kuleba ilə Ukrayna ordusunun əks-hücumunu müzakirə edib

image-reklam_sirab_01

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı baş tutub.

Bu barədə “RBC-Ukrayna” istinadən xəbər verilir.

Ukrayna xarici işlər naziri qeyd edib ki, Borrel ona zəng edərək yeni əraziləri Rusiya işğalından azad edən Ukrayna müdafiə qüvvələrinə heyranlığını və hörmətini ifadə edib.

Borrel isə qeyd edib ki, Kuleba ilə Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatının təşviqedici irəliləyişini müzakirə etdiyini bildirib.

“Avropa İttifaqının dəstəyi fasiləsiz davam edəcək, strategiyamız işləyir: Ukraynaya müqavimət göstərməyə kömək edin, Rusiyaya sanksiyalarla təzyiq göstərin və bütün dünyada tərəfdaşları dəstəkləyin” – deyə, o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki