image-fc8cd93c-1f70-3ced-9e5d-ec86955f3a4d_850backend

Borrel: “Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir”

image-reklam_sirab_01

“Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir”.

bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel İspaniyada forumda çıxışı zamanı deyib.

“Ən vacibi Ukraynanı necə bərpa etmək barədə düşünməkdir və şübhəsiz ki, Rusiya bunun əvəzini ödəməlidir”, – Borrel vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada müharibə bitdikdən sonra Rusiya hakimiyyəti ilə danışıqlar masası arxasına oturmaq çox çətin olacaq.

Ali nümayəndə əlavə edib ki, Avropada təhlükəsizlik strukturunu yenidən qurmaq lazımdır, lakin bunun üçün müharibəyə son qoymaq tələb olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki