image-79ebe0fa-1e18-4eb8-b0db-266eef5d1264backend

Böyük əhəmiyyət daşıyan səfər

image-reklam_sirab_01

Böyük əhəmiyyət daşıyan səfər

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də  Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır. Bu səfər ölkələrimiz arasında yeni bir səhifənin, mərhələnin başlanğıcıdır. Bilirik ki, münasibətlərin bu səviyyəyə çatmasında həm ölkə Prezidenti cənab İlham Əliyevin, həm də Qazaxstan Prezidenti cənab Tokayevin çox böyük xidmətləri vardır. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyevi iki ölkə arasında münasibətlərin inkişafındakı xüsusi xidmətlərinə görə Qazaxıstanın ən ali ordeni olan “Altın kıran” – “Qızıl qartal” ordeni ilə  tətif etdi.

Bu da öz növbəsində Azərbaycan Prezidentinə, Azərbaycan xalqına verilən böyük qiymət idi. Həmçinin Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, o Azərbaycana xüsusi missiya ilə gəlib, münasibətlərin inkişafında strateji əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması istiqamətində hər iki tərəf çox böyük səylər göstərir. Həm də Azərbaycan Avropaya çıxış qapısı kimi dəyərləndirilir. Bu da ölkələrimiz üçün çox böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, hərtərəfli, geniş miqyaslı münasibətlərin qurulması nəzərdə tutulur. Burada əsas məqamlardan biri ölkələr arasında qarşılıqlı iqtisadi, ticari əlaqələrin gücləndirilməsidir. Burada 1 milyard dollardan söhbət gedir. Hər iki ölkə liderinin şəxsi, qardaşlıq münasibətləri dünya səviyyəsində davam etdirilir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək. Xalqlarımızın, ölkələrimizin rifahı üçün çox böyük addımlar atılacaqdır.

Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, ölkələrimiz strateji tərəfdaş və  müttəfiqlərdir.

Görüşlər zamanı qeyd edilib ki, iki ölkə arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar vardır. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu vardır.

Bu səfər ölkələr arasında ikitərəfli əməkdaşlıqda yeni səhifə açır. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcəkdir.

Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Bəyan edilib ki, biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcəkdir. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaqdır.

 

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki