image-b6d79e86-963d-4b3e-9ab4-4873199812eebackend

Böyük Qayıdışa həsr edilən tarixi sərəncam

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir.

Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir. 30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin düşüb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və bu zəfərdən dərhal sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. İlk növbədə təbii ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir. Bununla yanaşı həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin qurulması istiqamətində layihələr icra edilib və hazırda da bu istiqamətdə işlər davam edir.

Proqramın ilk baxışda beş strateji hədəfi var. Bura təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsi daxildir. Həmçinin “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları öz həllini tapmaqla, ölkədə və işğaldan azad olunmuş ərazilərdə mənzil fondunun həcminin artırılması da nəzərdə tutulmuşdur. Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək.

Şanlı zəfərimizdən sonra Böyük Qayıdışın ilk uğurlu addımları da atıldı və Zəngilanın “ağıllı kənd” konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verildi. Belə ki, bu il mayın 27-də “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi.

Dövlət Proqramı göstərir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yerinə yetirilməsi planlaşdırılan işlər təkcə tikinti və quruculuqla məhdudlaşmayacaq. Tədbirlər Planının əhəmiyyətli bir hissəsi dayanıqlı icmaların yaradılması, gələcəkdə sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin  formalaşması, məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədlərə söykənir.

Bütün bunlar Qarabağ və Şərqi Zəngəzur bölgəsinin 2026-cı ilə kimi təkcə Azərbaycan yox, bütün dünya miqyasında yaşayış üçün ən cəlbedici məkanlardan birinə çevriləcəyinin sübutudur.

Aysel Mənsimova – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki