image-121backend

Böyük Qələbəmizin unudulmaz tarixi

image-reklam_sirab_01

 

Sentyabrın 27-dən başlanan müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi,beləliklə Azərbaycan böyük zəfər qazandı.

Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu yəni,Ermənistan “ordusu” darmadağın edildi.

Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunu 44 günə dağıtdı,alt üstü etdi.Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.Doğma torpaqlarımız düşmən tapdağından xilas oldu.Öz sahiblərinə geri qaytarıldı.

Təbii ki,bu belə də asan olmadı,bizim igid,mərd oğullarımız öz canlarını torpağa fəda etməyi etməyi öz borcları bilib qorxmadan yağı düşmənin üzərinə getdi,onlar çox yaxşı bilirdilər ki,bu yolun sonu yoxdu.Amma Vətəni özlərindən və ailələrindən daha çox sevdikləri üçün bu yolda qorxmadan addımlayırdılar.Sonda üç mindən çox igid şəhadət şəhadət şərbətini içdi.Ən uca zirvəyə yüksəldilər.

 

Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinlərinin dərdini hamımız çəkirdik. Onlar da “canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər” deyirdilər.

Əsgərlərimiz necə qeyrətli,igidlik göstərirdisə, arxada cəbhə də olan bütün xalqımız da səbr, təmkin ilə qələbə xəbərini gözləyirdi.Xalq Prezidentimizə çox inanırdı, güvənirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılığını daha da artırdı.

 

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın əsas şəhəri sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı.

 

Şuşanın azad edilməsindən sonra 3 ölkə arasında müqavilə imzalandı kitabını,bununla da atəşkəs elan olundu.Qarabağ müharibəsinin bir qazanan olacaqdı o da Azərvaycan olacaqdı və elə də oldu.Qələbə qazandıq.

Tarixi Zəfərimiz və şanlı Qələbəmiz mübarək olsun! Yaşasın Azərbaycanım və Vətənimin igid oğulları!

Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq.Buna görə özümü çox xoşbəxt hiss edirəm ki bu ən şərəfli tarixi yaşamaq mənə də nəsib oldu.

Vətəni üçün şəhid olan canını fəda edən igidlərimizin ruhu şad olsun.Biz bu unudulmaz qələbəni onlara borcluyuq…..

 

Səfərova Gülgün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki