image-000f4fdf-6ab5-31ce-8aa7-9683e92c5a0a_850backend

Braziliyada ümumi seçkilərdə səsvermələr başa çatıb

image-reklam_sirab_01

Bazar günü ümumi seçkilərin keçirildiyi Braziliyada seçki məntəqələri bağlanıb.

Seçkilər nəticəsində növbəti dövlət başçısı, ştatların qubernatorları, senatorların üçdə biri, habelə federal parlamentin və regional qanunvericilik assambleyalarının yeni tərkibi müəyyənləşəcək.

Məntəqələrin bağlandığı vaxt seçki məntəqələrinə gələn, lakin əhalinin axınına görə səs verə bilməyənlər növbəli rejimdə vətəndaşlıq borcunu yerinə yetirmək imkanı əldə edəcəklər. Braziliyada 70 yaşadək savadlı şəxslər üçün səsvermə məcburidir.

Yaşlılar və 16-18 yaşlı yeniyetmələr seçki məntəqələrinə gəlmək məcburiyyətində deyillər. Ali Seçki Məhkəməsinin (MSK-nın analoqu) məlumatına görə, ümumilikdə cari səsvermələrdə 156 milyondan çox insanın iştirak etmək hüququ var idi.

Braziliyada prezident vəzifəsi uğrunda 11 namizəd iddialıdır. Bütün seçkiqabağı sorğular göstərib ki, bu vəzifənin əsas favoriti ölkənin eks-prezidenti Luiz İnasiu Lula da Silvadır və bəzilərinin fikrincə, o, ilk turda qalib gələ bilər. Hazırkı dövlət başçısı Jair Bolsonaru ondan geri qalıb.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turu ehtiyac olarsa oktyabrın 30-da keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki