image-985b2edc-a8e6-3f06-9aa7-5314f8d9f6d3_850backend

Britaniya ilk dəfə Rusiya enerjisindən tamamilə imtina edib

image-reklam_sirab_01

Cari ilin iyun ayında Böyük Britaniya ilk dəfə olaraq Rusiyadan enerji idxalından tamamilə imtina edib. 2021-ci ildə Rusiya qazı Britaniya idxalının təxminən 4%-ni, Rusiya nefti isə 11%-ni təşkil edib.

Bu barədə Böyük Britaniya Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, iyun ayında Rusiyadan digər malların idxalı da 33 milyon funt-sterlinqə (39 milyon ABŞ dolları – Red) düşüb və 1997-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə çatıb.

Bundan əvvəl Britaniya ilin sonuna qədər Rusiya neftinin idxalını tamamilə dayandırmağı və mümkün qədər tez Rusiya qazının alınmasını dayandırmağı öhdəsinə götürmüşdü.

“The Spectator” nəşri isə bildirib ki, İngiltərə Rusiyadan neft idxalını dayandırdıqdan sonra onu üçüncü ölkələr vasitəsilə almağa başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki