image-85452df7-8c56-3f0e-9004-4e44fbe5b5f5_850backend

Britaniya Ukraynaya 3 milyard funt sterlinq ayıracaq

image-reklam_sirab_01

Böyük Britaniya Ukraynaya daha 3 milyard funt-sterlinq yardım paketi ayıracaq.

Bu barədə “Veteninfo” “Sky News”a istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniyanın maliyyə naziri Nadim Zahavi ölkənin İxrac Maliyyəsi (UKEF) dövlət agentliyi vasitəsilə Ukraynaya ixracdan əvvəl maliyyələşdirmənin təmin edilməsi qərarını dəstəkləyib.

Qeyd edilir ki, vəsaitin bir hissəsi hərbi dəstəyə yönəldiləcək.

Eyni zamanda vəsaitin 2,3 milyard funtunun müdafiə ehtiyaclarına göndərilməsi planlaşdırılır. Qalan 700 milyon funt-sterlinq isə müharibədən sonrakı bərpa işlərində Ukraynaya kömək etmək istədiklərini bəyan edən şirkətlərə veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki