image-9849251d-a815-3d7e-bd66-3bd4384fe2df_850backend

Britaniya XİN rəhbəri Rusiyanın G20-də iştirakına qarşı çıxıb

image-reklam_sirab_01

Rusiyanın “G20”-də iştiraka mənəvi haqqı yoxdur.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

Trass hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə görə İndoneziyadakı sammitdə iştirak etməməlidir.

“Biz İndoneziyanın G20-nin iclaslarında Rusiya ilə müharibənin nəticələrinin nəzərə alınmasını təmin etmək üçün göstərdiyi səyləri, həmçinin G20 liderlərinin sammitində Ukraynanın Prezidentİ Volodimir Zelenski tərəfindən təmsil oluna biləcəyinə dair işarələri alqışlayırıq”, – bəyanatda deyilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin İndoneziyanın noyabrın 15-16-da Bali adasında keçiriləcək G20 sammitində iştirak dəvətini qəbul edib. Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, o sammitdə iştirak edəcək və Putinlə görüşə hazırdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki