image-6010d845-68fb-303c-947a-68a046a7c981_850backend

Britaniyada baş nazir seçkilərinin növbəti mərhələsinə üç namizəd keçib

image-reklam_sirab_01

Böyük Britaniyanın keçmiş bərabərlik və yerli özünüidarəetmə naziri Kemi Beydnok seçkilərin dördüncü turundan sonra Mühafizəkarlar Partiyasının lideri və müvafiq olaraq ölkənin baş naziri postu uğrunda mübarizəni dayandırıb, üç namizəd mübarizəni davam etdirir.

“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Səsvermənin nəticələrini “Sky News”un efirində “1922-ci il Komitəsi”nin (Böyük Britaniya İcmalar Palatasındakı Mühafizəkarlar Partiyasından olan parlament qrupu) rəhbəri ser Qrem Bredi açıqlayıb. Onun sözlərinə görə, Beydnok seçki yarışı zamanı hamıdan az səs toplayıb (59). Telekanal isə öz növbəsində qeyd edir ki, səsvermənin dördüncü turunda o, yalnız 1 səs qazanıb.

“Yarış”a hələ də 118 səslə keçmiş maliyyə naziri Rişi Sunak başçılıq edir, seçkilərin son turunda isə o, cəmi 3 səslə dəstək qazanıb. Ondan başqa, daha iki namizəd mübarizəni davam etdirir – ticarət siyasəti üzrə kiçik naziri Penni Mordont (92 səs) və xarici işlər naziri Liz Trass (86 səs). Mordont və Trass bu turda müvafiq olaraq 10 və 15 səs toplayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki