image-d14e9700-4e45-3a9c-a5d0-fd790382924f_850backend

Britaniyanın XİN başçısı nüvə silahından istifadəyə hazır olduğunu bildirib

image-reklam_sirab_01

Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və ölkə hökumətinin başçısı vəzifəsinə iddialı olan xarici işlər naziri Liz Trass lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.

Bu barədə “Times” radiosu məlumat yayıb.

“Hesab edirəm ki, bu, Baş nazirin mühüm vəzifəsidir. Mən bunu etməyə hazıram”, – Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Birminhemdə Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşdə krallıq üçün belə təhlükənin olacağı təqdirdə nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki