image-0a416b47-df3c-3962-8f9a-1f53c87a9648_850backend

Britaniyanın yeni Baş naziri ilk telefon danışığını Zelenski ilə aparıb

image-reklam_sirab_01

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass təyinatından sonra ilk telefon danışığı aparıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin tviter səhifəsinə istinadən xəbər verilir.

“Mən Britaniya xalqına Ukraynaya müdafiə və iqtisadi dəstəyə görə liderliyinə görə minnətdarlığımı bildirdim. Böyük Britaniyanın bunun daha da güclənməsinə hazır olması vacibdir”, – paylaşımda deyilir.

Zelenski Liz Trassı Ukraynaya dəvət edib və onunla təhlükəsizlik təminatlarını müzakirə edib. Liderlər həmçinin Ukraynanın bərpasında Britaniyanın iştirakını da müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki