image-24862c9a-bc96-39fd-adb8-5c8b093da241_850backend

Britaniyanın yeni XİN rəhbəri ilk danışıqları ukraynalı həmkarı ilə aparıb

image-reklam_sirab_01

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Böyük Britaniyanın yeni xarici işlər naziri Ceyms Kleverlinin telefonla danışdığı ilk xarici rəsmi şəxs olub.

bu barədə ukraynalı nazir tviterdə yazıb.

“Britaniyalı həmkarım ilə danışıqlar apardım. Bizim bir məqsədimiz var: Ukrayna qalib gəlməlidir. Gəlin dünyanın qalan hissəsini buna inandırmaq üçün birlikdə fəal çalışaq – xüsusən də hələ də şübhələri olanlar üçün. Bu, həmkarımın ilk telefon zəngidir və bu fakt öz sözünü deyir”, – o qeyd edib.

Sentyabrın 6-da Böyük Britaniyanın keçmiş xarici işlər katibinin müşaviri və təhsil naziri C. Kleverli Baş nazir Liz Trussın ofisində xarici işlər naziri təyin edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki