image-fb_img_1655888081375backend

Bu boyda dövlətdə, hardasan AZƏRBAYCANIN ADAMI…

image-reklam_sirab_01

Jalə Mütəllimova

 

İranın adamı
Rusiyanın adamı
Amerikanın adamı
Fransanın adamı
Almaniyanın adamı
İngiltərənin adamı
Sorosun adamı
İsrailin adamı
Ermənistanın adamı
PKK-nın adamı
Fetönün adamı
Şiələrin adamı
Əhli sünnə adamı
Missionerlərin adamı
Təriqətçilərin adamı
Hətta…
…Türkiyənin adamı

A kişilər, bir nəfər də sual vermir ki, bu boyda məmləkətdə, bu boyda siyasətin içində, bu boyda dövlətdə, hardasan AZƏRBAYCANIN ADAMI…

Deyim biləsiniz, qaçan qaçıb, ölən ölüb, xəstə olan xəstədir, bir ovuc da sağlam var, nəsə deməyə çalışır, adına min ləkə yaxırlar…ən yüngülü aqressivdi, idarəolunmazdı…demirlər ki, Azərbayca adamıdır, Azərbaycan dövləti üçün çabalayır. Bu sadaladığım satqın sürüsü hələ üstəgəl, korrupsiya, rüşvətə bulaşmışlar ordusu da qoşulut yanlarına “uğursuzlar yenə deyinir” kimi yozur deyilən sözləri də. Baxırsan vicuduna, deyirsən ya rəbb, dabanımda olan şərəf, əxlaq, ləyaqət, cəsarət bütün vicudunda yoxdur, bu nə deyir axı?! Bütün gün kabinet qapılarında əyləşməkmidir uğurlu olmaq?! Ya da kimin hansı kabinetdə olduğu haqda səlis məlumat öyrənməkmidir vətənə, dövlətə, liderə qulluq, sədaqət?! Yoxsa, təyyarələrdə qalıb adam güdməkmidir vətənə xidmət? Yoxsa, durmadan sərvət toplamaqmıdır çıxış yolu? Ya da brendlərə oğurluq milyonları sərf eləməkmidir səadət?! Deyildir! Qarşısındakına, mənəviyyatı, əqidə və əxlaqı, milli təəssübü olanlara uğursuz deyən hər kəsin uğuru elə o qədərdir, kimisə aşağılamaq imkanı qazanmasıdır yəni. Və aşağıdakı da yaxşı bilir özünü. Bilir ki, o, bir qədər sabun bişirməklə günlük qazanan Mirzə Ələkbədir. Ehtiyac içində yaşayan, dəyəri bilinməyən, Mirzə Cəlildir qismən. Sümükləri yeddi il əllərdə qalan Zərdabidir bir z da. Yəni vətən, millət üçün çarpışana həmişə münasibət belə olub bu ölkədə. Daha nə demək olar azca abrı olanlara. Gəl bu dəmdə də yadına düşür ki, birini aşağılamaq fürsətini uğur bilənin heç abrı da olmaz axı. Xatırlayarsa ki,Allah da buyurub, mən insana cəza verəndə sərvətini yox, abrını alaram. Odur ki, abırsız sərvətlilərdən tanrı qorusun, möhkəm dur AZƏRBAYCANIN ADAMI, hələ dardasan.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image