Müğənni Murad Arif yay üçün ikinci işini sevənlərinə təqdim edib.
Axşam.az xəbər verir ki, ifaçı ilk dəfə türk dilində olan “İçin-için” adlı sinqlını buraxıb. Bəstənin musiqisi Muradın özünə, sözləri isə Fərid Mərdə məxsusdur.
Murad ərsəyə gələn işin yayın həzin sonu üçün iddialı trek olduğunu qeyd edib. Klipin rejissorluğunu Doktor Nicat (Nicat Zeynallı) edib. Ekran işində iki sevənin problemli münasibətləri əks olunub. Çəkilişlər Balaxanı və Bakının mərkəzi küçələrində baş tutub.