image-media-media-cavansir_feyziyev-nac68b2owrifx0jq1ulg-620x450-sx1lmkprntiou2qb470h-620x326backend

Bu ermənilərin öz seçimidir – Millət vəkili

image-reklam_sirab_01

Bu yaxınlarda Avropa parlamentinin vitse-prezidenti səviyyəsində lobbiçilik fəaliyyətinə görə rüşvət alınması ilə bağlı baş vermiş həbslərdən sonra düşünmək olardı ki, Avropalı deputatlar və məmurlar rüşvət müqabilində lobbiçilik fəaliyyətindən çəkinəcəklər. Lakin görünür ki, erməni diasporu elə vəsaitlər təklif edirlər ki, Avropalı deputatlar ondan imtina edə bilmirlər.

Ermənistanda siyasətçilər və hökümət adamları Laçın – Xankəndi yolunda eko-fəallar tərəfindən keçirilən davamlı aksiyalardan beynəlxalq platformalarda Azərbaycana qarşı təbliğat kampaniyası kimi istifadə edilməsini özlərinin fəaliyyət planı kimi təqdim edirlər. Paşinyan hökümətinin bir sıra üzvləri, o cümlədən, Təhlükəsizlik şurasının katibi A. Qriqoryan və Xarici işlər naziri A. Mirzoyan öz müsahibələrində bu məsələ ilə bağlı dünya erməniliyi səviyyəsində anti-Azərbaycan təbliğatının təşkil olunması zəruriliyi haqqında açıq-aşkar danışırlar. Bu kimi açıqlamalar xarici ölkələrdəki erməni diaspor təşkilatları üçün təlimatdır və bu təlimata uyğun olaraq da son zamanlar erməni diasporu anti-Azərbaycan xarakterli təbliğat işlərinə külli miqdarda vəsait xərcləyir.

Lakin bütün bunlar ermənilərin əbədi problemini heç cür həll edə bilməyəcək. Ermənilər öz siyasətini riyakarlıqla, şər-böhtanla yox, beynəlxalq qaydalar əsasında, sivil dünya qanunları ilə təşkil etməyincə həmişə dünyanın “ən cəfakeş”, daim əzilən, döyülən və üzünə tüpürülən xalqı olmaqda davam edəcəklər. Bu onların öz seçimidir.
Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri təşkil etdikləri ölkəmizdə bir qrup erməni cinayətkarlar tərəfindən aparılan və nəticədə ölkəmizin ekologiyasına və iqtisadiyyatına vurulan külli miqdarda zərər vuran qeyri-qanuni fəaliyyətə qarşı öz etirazlarını bildirirlər. Bu onların haqqıdır və nə Avropa Parlamenti, nə də tutduğu vəzifədən asılı olmayaraq hər hansı bir Avropa məmuru onların bu haqqını inkar edə bilməz.
Azərbaycan dövləti məhz beynəlxalq sivil qaydalar əsasında, vətəndaş cəmiyyətinin bilavasitə fəal iştirakı ilə bütün ərazisi üzərində və eləcə də özünə məxsus təbii sərvətləri üzərində suveren hüquqlarını təmin edəcək.

Cavanşir Feyziyev
Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki