image-cavansir_feyziyev_2020backend

“Bu forum qitələrarası, eləcə də dünya miqyaslı qarşılıqlı iqdisadi əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir”

image-reklam_sirab_01

News365.az-a açıqlama verən millət vəkili Cavanşir Feyziyev deyir ki, Qloballaşma prosesləri fonunda Davos iqdisadi forumunun əhəmiyyəti də ildən ilə artmaqdadır. Son illərin trendinə baxdıqda biz bu forumda beynəlxalq innevativ şirkətlərin daha fəal olduğunu müşahidə edirik.
Prezident İlham Əliyevin Davos forumu çərçivəsində keçirdiyi görüşlər də bunu bir daha sübut edir. Forum ölkələrin beynəlxalq iqdisadi sistemə inteqrasiya proseslərində yeni və çox istiqamətli qarşılıqlı əməkdaşlığı stimullaşdırır.
Bu forum qitələrarası, eləcə də dünya miqyaslı qarşılıqlı iqdisadi əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir.
Lakin forumun əhəmiyyəti bununla məhdudlaşmır. Çünki reallıq onu göstərir ki, iqdisadiyyat qapalı şəraitdə inkişaf edə bilməz. Müasir dövrdə hər bir ölkə iqdisadiyyatı digər ölkələrin iqdisadiyyatları ilə qarşılıqlı əlaqələr, eləcə də beynəlxalq iqdisadi qurumlarla qarşılıqlı əməkdaşlıq sayəsində inkişaf edə bilir. Bu isə öz növbəsində beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlığı, o cümlədən siyasi əməkdaşlığı stimullaşdırır. Yəni bu proseslərdə siyasətsiz iqdisadiyyat mövcud deyil. Ona görə də Davos forumunun adı iqdisadi forum olsa da, bu platformada həm də siyasətdə öz yerini tutur. Məsələn, cənab prezidentin bu günlərdə keçirdiyi bütün görüşlərin mövzusu iqdisadi layihələrə və təşəbbüslərə bağlıdır.
Amma bu layihələrin həyata keçirilməsində ölkəmizdə və eləcə də cənubi Qafqaz bölgəsində siyasi vəziyyətin təhrik olunması da zəruridir. Odur ki, Davos iqdisadi forumu bütün iştirakçılar üçün, o cümlədən, Azərbaycan üçün bölgəmizdə və ölkəmizdə vaş verən hadisələrin mahiyyətinin doğru düzgün şərh olunması və beynəlxlaq iqdisadi əlaqələrin iştirakçılarına çatdırılması baxımından böyük siyasi əhəmiyyət daşıyır.
“Konkret misal olaraq son 1 ayda Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi dinc etiraz aksiyası ilə bağlı Ermənistanın bütün beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyasının ifşa olunması baxımından prezident İlham Əliyevin Davosdakı çıxışları olduqca əhəmiyyətlidir. Bu çıxışlar özündə vacib siyasi informasiya daşıyır.” Deyə millət vəkili əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki