image-nerimanovbackend

Bu gün Azərbaycanla Türkiyə arasında artıq yeni, keyfiyyətcə daha müasir münasibətlər, strateji tərafdaşlıq formalaşmışdır.

image-reklam_sirab_01

1918-ci ildə Qafqaz İslam ordusu Bakını xilas etdi və bu, Azərbaycan Demokratik Raspublikasının elan olunmasında həlledici amil oldu. Beləliklə, 104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurdu.

XX əsrin əvvəllərində ilk dəfə müstəqilliyini qazanmış sonradan onu itirmiş Azərbaycan əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşmuşdur. Azərbaycan müstəqil dövlət kimi ilk olaraq Türkiyə tərəfindən tanınmış və sonra diplomatik münasibətlərin qurulması və həmrəylik nümayişi iki ölkənin əlaqələrini bir millət, iki dövlət amalına çevirmişdir. Bu il Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümüdür.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı bu münasibətlər daha yüksək səviyyəyə çatdı. İki ölkə arasında mövcud olan qardaşlıq əlaqələri müharibənin qələbə ilə başa çatmasında mühüm rol oynadı. Bu gün isə Azərbaycanla Türkiyə arasında artıq yeni, keyfiyyətcə daha müasir münasibətlər, strateji tərafdaşlıq formalaşmışdır.

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırmışdır.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynamışdır.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

Cari ilin 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında da Türkiyə-Azərbaycan birliyi, qardaşlığı, çoxistiqamətli tərafdaşlığı öz sözünü bir daha dedi. Festivalda hər iki ölkə rəhbəri çıxış edərək bildirmişdir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir.

Prezident İlham Əliyevin çıxışı zamanı da bildirmişdir ki, “30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir”.

 

Xaliq Hüseynov

 

YAP Nəsimi rayon təşkilatının İƏPT sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki