image-309510339_8419961574710610_100304775345845703_nbackend

Bu tələbələrin dizayn layihələri Bakının fərqli məkanlarında reallaşa bilər

image-reklam_sirab_01

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dizayn ixtisası üzrə təhsil alan tələbələrinin Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Milli Xalça Muzeyi və “Sandıqca” mağazalar şəbəkəsi üçün hazırladığı dizayn nümunələrinin təqdimatı keçirilib.

“İctimai məkanda müvəqqəti, pərakəndə ticarət məqsədli kiçik memarlıq həcminin interyerinin yaradılması” layihəsi çərçivəsində hazırlanan işlərə ilkin baxış keçirilib və tövsiyyələr verilib.

İtaliya – Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə reallaşan təqdimatda AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Milli Xalça Muzeyindən olan qonaqlar da iştirak ediblər.

İtaliya – Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov çıxış edərək layihə haqqında məlumat verib və qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi tələbələr üçün çox müsbət haldır və real işlər üzərində çalışmaq onlara daha çox təcrübə yığmağa imkan verir.

AzMİU-nun prorektoru, professor Nərgiz Abdullayeva tələbələrə təşəkkür edib və universitetdə dizayn ixtisası üzrə mütəxəssis hazırlığı ilə bağlı görülən işlərdən danışıb. Prorektor qeyd edib ki, AzMİU-da digər ixtisaslarla yanaşı, dizayn ixtisası üzrə də mütəmadi olaraq qabaqcıl dünya universitetlərinin təcrübələri öyrənilir və tədrisdə tətbiq edilir.

Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Çingiz Məmmədov və Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxışlarında layihənin önəminə toxunaraq bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunublar. Qonaqlar tələbələrin təklif etdikləri layihələrlə yaxından tanış olaraq onları heyrətamiz adlandırıblar.

Sonda tələbələrə layihədə iştiraklarına görə sertifikatlar təqdim olunub. Qaliblər xüsusi həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində hazırlanan uğurlu dizayn nümunələrinin gələcəkdə Azərbaycan Milli Xalça Muzeyində və  Dənizkənarı Bulvar ərazisində reallaşdırılması da istisna olunmur.

image-309511470_8419961568043944_5733123050127871027_n image-309510339_8419961574710610_100304775345845703_n image-309835219_8419961571377277_8659948703742879960_n image-309941618_8419961564710611_1341434481474784330_n image-309885205_8419961831377251_1193931056787727167_n image-309648136_8419961854710582_960396595814135808_n image-310003605_8419961924710575_4825037768548030016_n

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki