image-1661161289_1backend

Bu yaşayış kompleksi dünyanın nüfuzlu daşınmaz əmlak mükafatına layiq görüldü – FOTOLAR

image-reklam_sirab_01

“Kristal Abşeron” şirkətinə məxsus “City Garden Narimanov” yaşayış kompleksinin beynəlxalq mükafata layiq görülməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Mətbuat konfransında “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Rüfət Mahmud, “Aslı Mimarlık” şirkətinin icraçı direktoru Heseyin Tonguç Özcan çıxış ediblər və media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, nüfuzlu mükafat olan “International Property Awards”da hər il dünyanın ən uğurlu daşınmaz əmlakları memarlıq, interyer dizaynı və daşınmaz əmlakın inkişafı kateqoriyalarında qiymətləndirilir.

Bu il müsabiqəyə Azərbaycandan qatılan “City Garden Narimanov” layihəsi “The Asia Pacific Property Awards” qolunda 1200 rəqib arasından fərqlənərək “Çox yönlü istifadə memarlığı” kateqoriyasında mükafatalayiq görülüb.

Nərimanov metrosuna 5 dəqiqəlik məsafədə, 21 hektar ərazini əhatə edən “City Garden Narimanov” layihəsi şəhər mərkəzində təbiətlə iç-içə yaşam vəd edir. Yaşayış kompleksində 17,3 hektar geniş yaşıl həyətdə 10.000-dən artıq bitki, içərisində fəvvarələr yerləşən dekorativ göllər kompleksin gözəlliyinə gözəllikqatacaq.

“City Garden Nərimanov” yaşayış kompleksi idman meydançaları, fitnes sahəsi, geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, iaşə obyektləri, özəl və dövlət olmaqlaiki məktəb və uşaq bağçasıilə sakinlərə birömür rahat yaşamvəd edir.

“City Garden Narimanov” – Beynəlxalq mükafatla təsdiqlənən yaşam tərzi!

Ətraflı:

*1544 / 050 293 10 10

Citygarden.az

 





image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki