image-photo-2022-04-11-12-26-46backend

  Budapeştdən böyük uğurla qayıdan idmançılarla görüş

image-reklam_sirab_01

Azərbaycan bu gün hər cəhətdən inkişaf etmiş və günü gündən inkişaf edən bir ölkə kimi tanınır. Ölkəmizin bacarıqlı, uğurlu gəncləri bayrağımızı daima ən yüksəklərə qaldırırlar.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra hərtərəfli dirçəlişə qədəm qoydu. O zaman Ulu Öndər Heydər Əliyevin qarşısında böyük vəzifələr dururdu- ölkəni, xalqı yenidən ayağa qaldırmaq kimi böyük vəzifələr. Bu yolda çox böyük addımlar atıldı. O addımlardan biri də Heydər Əliyevin fərmanı ilə 1994-cü ildə  Gənclər və İdman Nazirliyinin yaradılması idi. Heydər Əliyev idman sahəsinə çox böyük diqqət və qayğı göstərirdi. Bu sahədə qazanılan uğurlar bunun ən böyük sübutudur.

1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi yeni uğurların başlanğıcı oldu. İdman sahəsinə həm maddi dəstək, həm də diqqət, qayğı artırıldı. İdman kompleksləri tikilərək istifadəyə verildi. Bu gün bacarıqlı idmançılarımız Avropa yarışlarına qatılır, böyük uğurlar əldə edirlər. Həmçinin bildirməliyik ki ölkəmizdə keçirilən müxtəlif idman yarışlarında bir çox Avropa ölkələri iştirak edir. Buna misal olaraq 2015-ci ildə paytaxtımız Bakıda keçirilən Olimpiya oyunlarını, 2017-ci ildə ölkəmizdə keçirilən İslam oyunlarını göstərə bilərik.

Beləki, 2015- ci ildə paytaxtımız Olimpiya oyunlarına ev sahibliyi etmişdir. Həmin oyunlarda 50 ölkədən 10 000 idmançı iştirak etmişdir. İdmançılarımız bu yarışda 56 medaldan 21i qızıl olmaqla ölkəmizə ikinciliyi gətirmişdirlər. Daha sonra, 2017-ci ildə ölkəmiz lV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Həmin oyunlarda 50dən artıq ölkə iştirak etmişdir. İdmançılarımız 162 medaldan 75i qızıl olmaqla ölkəmizə birincilik gətiriblər. Qazanılan hər qızıl medalda himnimizin sədaları altında bayrağımızın yüksəldilməsi böyük qürurverici bir haldır. İlham Əliyev oyunlarda idmançılarımızı izləyir, bu onlara böyük qürur verir.

İdmançılarımız indi daha böyük məsuliyyətlər daşıyırlar. Onlar 44 gündə 30 illik həsrəti bitirən, düşmənə döyüş meydanında dərs keçən ölkəni təmsil edən idmançıdırlar. Eşitdiyimiz hər qələbə xəbəri bizə qürur verir, sevindirir.

İdmançılarımız Budapeştdə keçirilmiş Avropa çempionatında fərqlənmiş, 16 medalla ölkəmizə qayıtmışdırlar. Bu çox böyük bir uğurdur. Avropa çempionatında medal qazanaraq bizi qürurlandıran idmançılarımızdan biri qadındır. Komandamız həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə fərqlənərək 16 medalla Avropada birinci olublar.

İlham Əliyev bizə qalibiyyət gətirən, bizi qürurlandıran idmançılarımızla 8 aprel 2022-ci ildə görüşmüş, səmimi söhbət etmiş və onları təbrik etmişdir. Ölkə başçısı bildirmişdir ki, idmançılarımız daima qalib ölkənin vətəndaşı olduqlarını xatırlamalı və bu fikirlə addım atmalıdırlar. Prezident bildirib ki, biz döyüş meydanında olduğu kimi, hərb sahəsində olduğu kimi idman sahəsində də öz xalqımıza uyğun olaraq davranmışıq. Təbii ki, bu bir danılmaz faktdır ki, biz hər şeydə ədalətli davranmışıq, bizim gücümüzü bütün dünya, bütün ölkələr görür. Bizim idmançılarımız hər şeyi ədalət çərçivəsində edir, yeri gəldikdə qarşı tərəfə mərhəmət də göstərirlər. İlham Əliyev idmançılarımıza onlardan yeni uğurlar görmək istədiyimizi də bildiriblər.

Ölkə başçısı Cənab İlham Əliyev idmançılarla söhbət edib. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Namiq Abdullayev göstərdiyi diqqət və qayğı üçün ölkə başçısına təşəkkürünü bildirib və qarşıdan gələn oyunlarda da xalqımızı layiqli şəkildə təmsil edəcəklərini bildirib.

Prezident İlham Əliyevin Sərbəst güləş üzrə üçqat dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyevin “Cənab Prezident, mənim əsas hədəflərimdən biri Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək, qızıl medal qazanmaqdır. “ cümlələrinə  “Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan. Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır.” Deyə səmimi cavab verdi.

Yunan-Roma güləşi üzrə ikiqat Avropa Çempionu və dünya çempionu Eldəniz Əzizlinin dediyi “Möhtərəm Prezident, mən də yunan-Roma güləşi milli komandası adından bizim qazandığımız qələbələri yüksək qiymətləndirdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk.” Cümlələri  və Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov dediyi “İlham Heydər oğlu, bu medalda Sizin qəlbinizin bir hissəsi də var. Siz idman üçün, gənclər üçün nə lazımdırsa edirsiniz ki, biz çalışaq, cəhd göstərək, qalib gələk və ölkəmizi şöhrətləndirək.” Cümlələri isə ölkə başçısının diqqət  və qayğısının idmançılarımızın uğurlu addımlar atmasına necə böyük təsir etdiyinin bariz nümunəsidir.

Biz hər birimiz daima xatırlamalıyıq ki, biz qalib ölkənin vətəndaşlarıyıq və bu qalibiyyət, bu zəfər asan əldə olunmamış, bu zəfər üçün minlərlə gənc öz canından keçmişdir. Qazanılan hər bir uğur bizim zəfərimizi daha da şanlı edir. Biz idmançılarımızdan daha böyük uğurlar da gözləyirik. İnanırıq ki, qarşıdan gələn, Parisdə keçiriləcək olan Olimpiya oyunlarında idmançılarımız böyük uğurlar qazanacaq və bizi daha da qürurlandıracaqlar. Hər birini bizi qürurlandırdıqları üçün, qalib olduqlarl üçün ürəkdən təbrik edirik.

 

 

Elnarə Məmmədova

YAP-ın üzvü

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki