Ötən gecə Şimali Kiprdə gerçəkləşəcək konsertə gedən Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun komandası hava limanında yoxlama zamanı saxlanılıb.
Veteninfo.az türk mediasına istinadən xəbər verir ki, ifaçının 21 kişidən ibarət heyətinin PCR testi saxta çıxıb. Yenidən testdən keçən komandanın nəticələri təmiz çıxdıqdan sonra konsertə buraxılsa da, işləri məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə heyət üzvlərinin hər birinə 10 min lirə nağd pul cəzası kəsilib.
Eyni zamanda PCR testlərindən məsul olduğu öyrənilən İskele Bələdiyyəsi Sağlamlıq Şöbəsində çalışan məmur Yılcay Takar da saxlanılıb. Daha 3 nəfərin axtarışları isə davam edir.