“Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq xarici siyasətini yürtüməkdə də müstəqildir. Azərbaycanın bir müstəqil dövlət olaraq İsraildə səfirlik açması onun müstəsna hüquqdur və bu hüquqdan da istifadə edərək, dost ölkə ilə münasibətlərin daha yüksək səviyyə qaldırılması istiqamətində belə bir addım atıb”.
Bunu Vətəninfo.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətini cənab Prezident İlham Əliyev müəyyənləşdirir. “Cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində hər zaman dövlətin və xalqın milli maraqlarını üstün tutub. İsraildə Azərbaycanın səfirliyin açılması barədə Milli Məclis üzvlərinin bu gün qəbul etdiyi yekdil qərar da dövlətimizin və xalıqmızın milli maraqlarına cavab verir. Təl-Əvivdə səfirliyin açılması zamanın tələbi və sifarişi idi. Bəlkə də, bir az gecikmiş qərar idi. Lakin ölkə başçısının qətiyyətli xarici siaysəti nəticəsində İsraildə səfirliyin açılması barədə ortaya siaysi iradə qoyuldu və bu icra olundu. İsraildə səfirliyin açılması iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə, strateji tərəfdaşlıq münasibətlərinin yeni bir mərhələyə qalxmasına təkan verəcək”- o qeyd edib.
O əlaəv edib ki, mən hələ bir müddət əvvəl mediaya açıqlamamda Azərbaycanən İsraildə səfirlik açılmasının texniki bir məsələ olduğunu gündəmə gətidəndə, bir çoxları bunun vaxtında və yerində olmayan fikir kimi dəyərlndirərək, müxtəlif fikirlər səsləndirdilər: “Amma çox keçmədi ki, dediklərim reallaşdı. Necə olur ki, İran Qafanda konsulluq açır, Ermənistanla müttəfiqlik münasibətləri qurur, biz isə yox. Biz də sübut etdi ki, xarici siaysətimdə müstqilik və kimsənin təzyiqinin heç bir əsası yoxdur.
Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı, Fələstində də diplomatik nümyənədlik açılması barədə qərar qəbul etdi. Bu Azərbaycanın həm İsrailə, həm də Fələstinə eyni münasibət bəslədiyini ortaya
qoydu.
Azərbaycanın həm Fələstinlə, həm də İsraillə yaxşı münasibətləri var.
İsraillə Azərbaycanın siyasi, iqtisadi-ticari, hərbi, mədəni sahədə daha sıx münasibətlər mövcuddur. İsraildə səfirliyin açılması Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətdin növbəti uğuru kimi dəyərləndirmək lazımdır”.