image-93da152b-de0f-3978-9e31-b06bc88cde62_850backend

Burkina-Fasoda silahlıların hücumu nəticəsində 10 nəfər ölüb

image-reklam_sirab_01

Silahlı şəxslərin Burkina-Fasonun şimalında təchizat karvanına hücumu nəticəsində ən azı 10 nəfər həlak olub.

Bu barədə “Agence France-Presse” (AFP) hərbçilərin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, hərbçilərin müşayiəti ilə Jibo şəhərinə gedən təchizat karvanı Qaskinde şəhəri yaxınlığında terror hücumuna məruz qalıb.

“Təəssüf ki, hücum insan tələfatı və maddi ziyanla nəticələnib”, – hərbçilərin bəyanatında deyilir.

Təhlükəsizlik orqanlarındakı mənbənin AFP-yə verdiyi məlumata görə, yaraqlıların hücumu nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki