image-a4d726a8-54d5-3a4c-b10b-ac494d2ddccc_850backend

Burkina-Fasoda terror aktı nəticəsində 35 nəfər ölüb, 37 nəfər yaralanıb

image-reklam_sirab_01

Burkina-Fasonun şimalında, Cibo və Burzanqa şəhərləri arasında avtomobil karvanının əldəqayırma partlayıcı qurğu ilə partlaması nəticəsində ən azı 35 nəfər ölüb, 37 nəfər yaralanıb.

bu barədə “Agence France-Presse” Saxel vilayətinin qubernatoru Rodolf Sorqoya istinadən məlumat yayıb.

“Mülki vətəndaşları daşıyan bu karvanda olan maşınlardan biri əldəqayırma partlayıcı qurğu ilə təmas zamanı partlayıb. İlkin məlumata görə, 35 nəfər ölüb, 37 nəfər yaralanıb, onların hamısı mülki şəxslərdir”, – qubernator bildirib.

Agentlik qeyd edib ki, hərbçilərin müşayiəti ilə bu cür maşın karvanları ölkənin şimalındakı şəhərlərə ləvazimatları çatdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki