image-photo-2021-10-28-21-52-32-1backend

Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü.

image-reklam_sirab_01

İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur.

İkinci Qarabağ müharibəsi, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi şanlı zəfərli müharibədə qonşu dövlətimiz olan qardaş Türkiyənin və türk xalqının  bizə verdiyi mənəvi dəstək və ruh yüksəkliyi xalqımız üçün əvəzsiz və unudulmazdır. Bir əsr bundan əvvəl Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusunun xalqımızın yanında olduğu kimi günümüzdə də qardaşlarımızı yanımızda gördük. Xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılan bu 44 günlük müharibədə Türkiyə bizə hər zaman dəstək olduğunu və “Bir millət iki dövlət” deyimini bir daha  sübut etdi. Mövcud şəraitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında bizim qalib gələcəyimizi və hər zaman haqq  yolunda olduğumuzu eyni zamanda  türk xalqının da haqqımız olan torpaqları düşmənlərdən azad edəcəyimizə olan inancını dəfələrlə  söyləyirdi.  O öz çıxışlarında digər dövlətləri bizə qarşı humanist və  ədalətli olmağa çağırırdı. Azərbaycanın haqqlı mübarizəsində bir qarış torpağı belə güzəştə getməyəcəyini bütün dünyaya bildirirdi. Azərbaycanın ali baş komandanı cənab İlham Əliyevlə görüşlər keçirdir və Türk xalqının bizə  hər zaman dəstək olacağını, habelə əlindən gələni əsirgəməyəcəyini dəfələrlə vurğulayırdı. Türkiyə siyasilərinin nümayiş etdirdikləri birlik və həmrəylik çox qürurverici idi. Müharibə zamanı öz silahlarımızla bərabər, bizə dəstək olan dost  dövlətlərində silahlarından istifadə  edərək mənfur düşməni məğlub etdik. İstehsalı Türkiyə  Respublikasına  məxsus olan  ”Bayraktar-2” vasitəsilə hərbi üstünlüyümüz  gündən-günə daha da artırdı. Məhz buna görədə  aparıcı xarici dövlətlər İkinci Qarabağ müharibəsini tarixin ilk “dron müharibəsi” kimi adlandırırlar.

“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Təbii ki, Azərbaycan xalqının bu xoş günündə  Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi.

Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxışında Türkiyənin bizə verdiyi dəstəyi haqqında qeyd edir:

“Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır”. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”, – deyə müdafiə naziri vurğulayıb.

Təlimlər zamanı Z. Həsənov həmçinin qeyd etmişdir ki , Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirib: “Azərbaycan və Türkiyə hərbçiləri Azadlıq meydanında Zəfər paradında iştirak etdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəklərini nümayiş etdirdilər.

Zakir Həsənov deyirdi: “Əminəm ki, qardaşlığımız, əlaqələrimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Sonda isə cənab Nazirin fikrinə həmrək olaraq, biz bir millət iki dövlət kimi  belə düşünürük: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

 

Azərbaycan Dillər Universiteti

İbadova Fidan

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki