image-94be080c-0b4f-4f4a-aec2-a57db9379b9abackend

Bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

image-reklam_sirab_01

 

 

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilmişdir.

Cənab Prezident İlham Əliyev müşavirədə dövlətimizin xarici siyasəti çox fəal olduğunu və xarici siyasət istiqamətində  yeni önəmli addımlar atıldığını və ölkəmizin beynəlxalq nüfuzu daha da artdığını bildirmişdir.

Müşavirədə hətta bildirilmişdir ki,ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır.

Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi.

Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.

Bu, bizim yəni-Azərbaycan xalqının təşəbbüsü idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir.

Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır.

Cənab Prezidentimiz İlham Əliyevin sədrliyi ilə görülmüş bütün işlər yəni -həm siyasi cəhətdən,həm iqtisadi cəhətdən bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir.

Azərbaycanın ölkələr üçün göstərdiyi dəstək – humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək Azərbaycanın beynəlxalq nüfuzunu,əlbəttə ki, böyük dərəcədə artırmışdır.

Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Azərbaycan bu təşkilatla çox fəal əməkdaşlıq edir.

Əslində, Azərbaycan bu təşkilatın çox fəal üzvüdür və Azərbaycanın təşəbbüsü ilə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib – Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışılmışdır.

Müşavirədə Prezident İlham Əliyev bildirmişdir ki:

-Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, – istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, – erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu il Avropa İttifaqı,Türk Dövlətləri Təşkilatı ilə fəal əməkdaşlıq aparılmışdır. Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla,cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik. Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, Azərbaycan buna nail ola bilib.

Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Düzdür,Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur.

 

Humay Muradova

Azərbaycan Dillər Universiteti

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki