image-360609_srcbackend

Bütün sahələrdə daima uğurlara imza atan Azərbaycan

image-reklam_sirab_01

Bütün sahələrdə daima uğurlara imza atan Azərbaycan bu gün də öz sözünü deyir.
Tarixdə seçilən siyasəti ilə tanınan İlham Əliyev Azərbaycanın bir sıra rayonlarında apardığı iqtisadi islahatlar da öz bəhrəsini verir. Kənd təsərrüfatında, abadlıq işlərində, yəni binaların, məktəblərin tikilməsində, elektrik enerjisinin təşkilində, içməli su ehtiyatının artırılmasında və s. islahatlar hər zaman müsbət nəticə vermişdir. Bu gün bu rayonlardan biri də
Hacıqabuldur. Əhalisinin sayının az olmasına baxmayaraq Hacıqabul iqtisadi sahələrdə öndədir. Bu, təbii ki, İlham Əliyevin yeritdiyi iqtisadi islahatın verdiyi nəticədir.
Bir çox rayonlarımızda aparılan bu islahatlar təbbi ki, erməni faşizmi tərəfindən xarabalığa çevrilən Qarabağımızda da aparılacaq. Qarabağımız öz gözəlliyinə gözəllik qatacaq. Bu halı ilə də hamını heyran edən Qarabağ zəngin təbiəti ilə, düzləri ilə, hər daşında bir qəhramanımızın xatirəsi ilə, uca dağlarında sancılan üç rəngli bayramı ilə seçilir və sevilir.
Qarabağ artıq yavaş – yavaş abadlaşdırılır. Artiq işğaldan azad olunmuş rayonlarımız elektrik enerjisi ilə təmin olunur.
Minaların təmizlənməsindən sonra, orada aparılacaq abadlıq işləri Qarabağımizin gözəlliyinə gözəllik qatacaq və dünyanın 1 nömrəli turizm mərkəzi olacaq.
Bu gün biz erməni faşizminin növbəti məkirli təxribatın görürük. Erməni vandalizmi minalanmış ərazilərin xəritələrin verməməsi bizi təəccübləndirdimi? Xeyr, tebbi ki də çünki gördüyümüz birinci təxribat deyildi. Əlbətdə ki, Azəbaycanin işini çətinləşdirmək niyyətləri baş tutmayacaq. Həmişə olduğu kimi
İkinci Qarabağ müharibəsində biz Azərbaycan xalqının yanında və qarşısında olan dövlətləri tanıdıq. Ermənilərə pulsuz silahların verilməsi, İsgəndər-M raketlərinin verilməsi təbii ki müsbət bir hadisə deyil. Bizim torpaqlarımızda, bizə qarşı ədalətsiz təxribatlar törədən erməni və yandaşları biz Azərbaycanlıların zəfəri ilə ən böyük cavabı aldılar.
Azərbaycan tolerant bir xalqdır. Multikulturalizm bizim yalnız siyasətimizdə deyil xasiyyətimi də, ənənəmizdə də var. Biz tərəfdaşlarımıza həmişə səmimiyyətlə, dostcanli yanaşmışıq. Və bunuda qarşı tərəfdən ən azından hörmət əlaməti olaraq gözləmişik. Apardığı siyasəti ilə hər zaman bir addım öndə olan İlham Əliyevin söylədiyi kimi : ”Səmimiyyət və dostluq qarşılıqlı olmalıdır”
Əgər başqa bir niyyət varsa, o nə dostluqdur, nə də tərəfdaşliqdir.
Bu gün biz bize qarşı pis niyyəti olan hər kəsə erməni faşizmini dağıdaraq, məhv edərək cavab verdik.
Əcdadlarımızın bizə əmanəti olan o müqqədəs, üç rəngli bayraq hər zaman yüksəklərdə dalğalanacaq. Hər rəngində türklüyü, müasirliyi, islamı, azadlığı simvolizə edən bayraq daim tanınacaq. “BİR DƏFƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!”

 

Amanova Dürdanə Əziz qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki