image-photo-2022-04-14-10-01-20backend

Cari ilin birinci rübünün yekunu

image-reklam_sirab_01

Cari ilin 12 aprel tarixində ölkə başçısı cənab İlham Əliyev ilin birinci rübünün yekunlaşmasına həsr olunan müşavirədə iştirak edib. Müşavirədə bir çox vacib məsələlərə toxunulub.
Hər kəsə məlum olduğu kimi ötən il bizim üçün hər cəhətdən mənalı il idi. Beləki, 2021-ci il müharibədən sonrakı il idi. Bu il bəzi vacib addımların atılıması ilə yadda qalır. Biz 2021-ci ilə başlamazdan əvvəl qarşımızda iki vacib məqsəd dururdu: işğaldan azad olunmuş torpaqlarda bərpa, yenidənqurma işləri aparmaq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq.
Biz qarşımıza qoyduğumuz məqsədlərə çatdıq. Buna sübut olaraq Qarabağda başlanılmış abadlıq, bərpa işlərini və işğaldan azad edilmiş torpaqlara başqa ölkələrin və qurumların nümayəndələrinin səfərlər edərək erməni vandalizminə öz gözləri ilə şahid olmalarını misal göstərə bilərik.
Bildiyimiz kimi Qarabağ işğal altında olarkən düşmən bizim öz doğma yurdumuza çox böyük ziyanlar vurmuşdur. Bunların isə dünyaya çatdırılması çox vacib bir məsələ idi. Biz bunu bacardıq. Müzəffər ordumuz xalqımızın 30 illik vətən həsrətinə 44 gündə son qoydu. Vətən uğrunda minlərlə gənc canından keçdi. 44 gün ərzində belə böyük bir qələbə qazanmağımız, təbii ki, digər ölkələrin də marağına səbəb oldu. Ordumuzun Şuşa şəhərini işğaldan azad edərkən istifadə etdiyi döyüş taktikasınını bu gün başqa ölkələrdə hərbi dərs olaraq keçilməsi bizim uğurumuzun böyüklüyünə sübutdur.
Biz digər sahələrə olduğu kimi ordu quruculuğuna da böyük diqqət ayırırıq. Bu istiqamətdə böyük addımlar atılır. Ordumuz müasir tipli yeni silahlarla təhciz olunur. Yeni qoşun- Komando növü yaradılmışdır ki, həmin qoşun növünün hər bir vəzifəni icra edə biləcək gücə malik olduğu bildirilir. Həmçinin 44 günlük müharibədə qazandığımız uğurlarda böyük rolu olan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılmışdır və ölkə başçısı bu sayın daha da artırılacağını bildirmişdir.
Biz 30 il sülh tərəfdarı olsaq da, münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışsaq da bu nəticəsiz qalmışdır. Təbii ki, Qarabağın azad edilməsi ilə bağlı bir çox qurum və təşkilatlar qərarlar qəbul etmişdirlər. Buna misal olaraq BMT-nin qəbul etdiyi ədalətli, doğru qərarları misal göstərə bilərik. Belə ki, BMT 30 il ərzində düşmənə bizim doğma yurdumuzdan geri çəkilməli olduğunu bildirsə də bu nəticəsiz qalmışdır.
Biz uzun illərdir ki BMT ilə əməkdaşlıq edirik və bu əməkdaşlıq günü gündən daha da müsbət istiqamətdə inkişaf edir. Ötən il BMT ilə münasibətlərdə daha uğurlu addımlar atıldı. BMT xətti ilə Şuşa şəhərində tədbir keçirilmişdir. Ölkəmizin BMT ilə əməkdaşlığının 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir ki, bu tədbir məhz Şuşa şəhərində keçirilmişdir.
Daha bir uğurlu addım isə bu gün sədrlik etdiyimiz Qoşulmama Hərəkatıdır. Bildirməliyik ki, üzv olan dövlətlərin dəstək və razılığı ilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bir il daha uzadılmışdır.
Diplomatik əlaqələrimizin inkişafına, beynəlxalq təşkilatlarla münasibətlərimizin inkişafının uğurlarına misal olaraq ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına üzv olmağımızdır. Belə ki, ll Qarabağ müharibəsi zamanı İslam Əməkdaşlıq Təşkilatı haqqlı olaraq ədalətli qətnamələr qəbul etmişdir.
Qarabağ münaqişəsindən söz düşdükdə çoxumuzun ağlına ATƏT gəlir. Bildiyimiz kimi ATƏT uzun illər öz vəzifəsində gözlənilən addımları atmamışdır. Münaqişənin sülh yolu ilə həll olunması məsələsində heç bir nəticə əldə edilməmişdir. Müharibədən sonra ATƏT-in Minsk qrupunun üzvləri Bakıya səfər etmişdirlər.
Bizim haqqın tərəfində olduğumuzu hər kəs bilir. Biz daima haqqın tərəfində olduğumuzu demiş və öz mövqeyimizi qəti şəkildə bildirmişik.
Qazanılan uğurlar həm də iqtisadi sahədə olmuşdur. Dünyanın Covid19 pandemiyası ilə mübarizə apardığı müddətdə demək olar ki iqtisadiyyat çökmüş bir vəziyyətdədir, amma buna baxmayaraq ilin birinci rübünün sonunda biz gördük ki, Ümumi daxili məhsulda 6,8 faiz artım var. Bu isə bizim iqtisadi cəhətdən güclü bir ölkə olmağımızın ən bariz göstəricisidir. Qeyri-neft iqtisadiyyatımızın 10 faiz artması da buna bir nümunədir.
Biz bilirik ki, ölkəmiz başqa dövlətləri də neftlə təmin edir. Neftin qiymətindəki bahalaşma isə birbaşa bizim xarici ticarət dövriyyəmizin artması deməkdir. Belə ki, bizim xarici ticarət dövriyyəmiz 60 faizdən çox artmışdır. Bu isə bizim xarici borcumuzun azaldılmasına da müsbət təsir etmişdir.
Biz bu gün maddi cəhətdən də inkişaf etmiş bir ölkəyik. Belə ki, bu gün Qarabağda ciddi quruculuq işləri aparılır. Prezident İlham Əliyev Qarabağ sakinlərinin öz doğma yurdlarına qayıdacağını, bizim Qarabağı abadlaşdıracağımızı söyləmişdir. Bu isə böyük bir vəsait tələb edir. Belə ki, Qarabağda saysız-hesabsız mina vardır. İlk öncə minalar təmizlənməlidir. Bu məsələdə BMT bizə öz dəstəyini göstərmişdir.
Prezident İlham Əliyev müşavirədə iştirak edən Maliyyə naziri Samir Şərifovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun, Baş nazir Əli Əsədovun, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin nitqlərini də dinləmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev öz nitqində vətən uğrunda canından keçmiş Şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının genişləndirilməsindən də bəhs etmişdir. Sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunması bu sahəyə olan diqqətin göstəricisidir. Həmçinin cari ilin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması nəzərdə tutulur.
Müşavirə ölkə başçısının nitqi ilə yekunlaşmışdır.

Məmmədova Elnarə
YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki