image-reklam-veteninfo
image-misel-veteninfobackend

Çarlz Mişel Paşinyanla bağlı açıqlama yaydı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,aprelin 6-da Brusseldə Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş,eyni zamanda bu görüşdə rəsmi Bakının irəli sürdüyü və Ermənistan Baş nazirinin beş bəndlik təkliflərin qəbulu istiqamətində attıdığı müsbət addımlar,bölgədə sülhün bərqarar olması yönündən müsbət addım olaraq dəyərləndirilir.Eyni zamanda keçirilən görüsdən sonra Nikol Paşinyanın Ermənistan parlamentində iki gün davamlı olaraq səsləndirmiş olduğu açıqlamalar Avropa İttifaqı tərəfindən də müsbət qarşılanmaqdadır.

Ermənistanın Baş nazirinin iki gün davamlı olaraq vermiş olduğu məlum bəyanatların ardından bu gün ,Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin “Twitter”hesabından Paşinyanın Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təşviqinə yönəlmiş səylərini dəstəklədiyini bəyan edib.

““Bu yaxınlarda Brüsseldə müzakirələri davam etdirmək üçün baş nazir Nikol Paşinyanla telefon danışığım oldu. Mişel yazıb: “Mən onun Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təşviq edilməsi üzrə səylərini tam dəstəkləyirəm”.

http://




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki