image-043dfe7c-2846-339d-b1cc-4098537d234e_850backend

Çavuşoğlu: “Fransanın Afrikadakı müstəmləkəçiliyi işə yaramadı, ibrət götürsün”

image-reklam_sirab_01

“Fransanın Afrikadakı müstəmləkəçilik anlayışı işə yaramadı, müstəmləkəçi yanaşmalarından ibrət götürsün”.

bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Ankara ilə bağlı açıqlamalarını cavablandırarkən deyib.

“Cənab Makronun açıqlamaları təəssüf doğurdu. Biz Türkiyə olaraq Afrikada və ya başqa yerdə hər hansı ölkəni rəqib olaraq görmürük. Hər kəslə əməkdaşlıq etmək istəyirik”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri deyib.

“Bəyanatlarımızda açıq ifadələr işlədirik. Keçmişdə Fransanın Afrikadakı müstəmləkəçilik anlayışı işə yaramadı, müstəmləkəçi yanaşmalarından ibrət götürsünlər. Əgər Fransaya zidd münasibət varsa, bunun səbəbi Türkiyə və ya başqa ölkələrdə axtarılmamalıdır. Həmin ölkələri Fransaya qarşı biz təhrik etmirik”, – Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən ay səfər etdiyi Əlcəzairdə təhqir və etirazlarla qarşılaşıb.

Makron ölkənin şimal-qərbində, Aralıq dənizi sahilində yerləşən Oran şəhərində gənclərlə ünsiyyət üçün “Disco Maghreb” adlı tarixi musiqi mağazasını ziyarət edib və orada keçirilən şənlik mərasiminə qatılıb. Mağazadan çıxarkən Makron əlcəzairlilərin etirazı ilə üzləşib. Fransa Prezidenti izdihamın arasında olarkən “Yaşasın Əlcəzair” və “Bir, iki, üç, yaşasın Əlcəzair” şüarları səsləndirilib.

Makron bu zaman tələsik avtomobilinə minib. Görüntülərdə ağsaçlı bir şəxs Makrona “Burdan rədd ol get, yaşasın Əlcəzair”, – deyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki