Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
İlk oyun günündə 5 qarşılaşma keçirilib.
Açılış matçında “Qarabağ”ın pley-offdakı potensial rəqibləri olan Moldova “Şerif”i və Çexiyanın “Viktoriya” (Plzen) komandası üz-üzə gəlib. Kişineudakı “Zimbru” stadionunda oynanılan qarşılaşma Plzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Bolqarıstanda “Lüdoqorets”i 2:1 hesabı ilə məğlub edib. 25 yaşlı forvard zədə səbəbindən bu görüşü buraxıb.
Niderland PSV-si Fransada “Monako” ilə sülhə razılaşıb. Şotlandiya “Reyncers”i Belçikada “Yunion”a 2 cavabsız qolla uduzub. “Benfika” isə Portuqaliyada Danimarka “Midtüllan”ına böyük hesabla qalib gəlib.


























